Əməkdaşlıq önəmlidir! ATƏT-in interaktiv kampaniyası təhlükəsizlik və əməkdaşlıq üzrə qlobal baxış axtarışındadır
VYANA, 17 aprel 2015-ci il – ATƏT bu gün başlayan yeni interaktiv kampaniyası ictimaiyyət nümayəndələrini təhlükəsizliyin reallığa çevirilməsi və əməkdaşlıq vasitəsilə sülhün təşviqi istiqamətində birgə işləməyin yolları ilə bağlı şəkillər, videolar və sosial media ismarıcları göndərməyi dəvət edir.
“Əməkdaşlıq önəmlidir” kampaniyasının məqsədi dünya ictimaiyyətinin üzvü olan hər kəsin dünyanın daha təhlükəsiz və dinc məkana çevirilməsi istiqamətində bir rolu olduğunu göstərməkdir. Bu kampaniya, ATƏT-in yaranmasını şərtləndirən və günümüzədək onun təhlükəsizliyə dair hərtərfli yanaşmasını istiqamətləndirən aparıcı sənəd olan Helsinki Yekun Aktının imzalanmasının 40-cı ildönümünə həsr olunan tədbirlər silsiləsinin bir hissəsidir.
İctimaiyyət nümayəndələri #WeCooperate və #OSCE haştaqlarından istifadə etməklə Twitter, Instragram, Google Plus, Facebook və ya birbaşa kampaniyanın internet səhifəsi www.osce.org/wecooperate vasitəsilə kampaniyaya qoşula bilərlər. Ən yaxşı nümunələr iki həftədən bir internet səhifəsində yerləşdiriləcək, təhlükəsizlik və əməkdaşlığın müxtəlif sahələrini əks etdirən hədiyyə ilə mükafatlandırılacaq. Ən uğurlu işin sahibi isə ATƏT-in rəsmi tədbirinə səfər etmək imkanı qazanacaq. Kampaniya haqqında və iştirak etmək qaydalarına dair ətraflı məlumatı www.osce.org/wecooperate səhifəsindən əldə edə biləriniz.