Resurslar
İnsan alveri qurbanları ilə bağlı cəzasızlıq müddəasının effektiv şəkildə həyata keçirilməsi istiqamətində siyasət və qanunvericilik üzrə tövsiyələr
İnsan Alverinə qarşı Mübarizə üzrə Ekspert Əlaqələndirmə Qrupu Alyansı dəstəyi ilə hazılanan bu sənəddə beynəlxalq hüquqda cəzasızlıq prinsipi təhlil olunur, onun tətbiq sahəsi tədqiq edilir və təcrübədə tətbiqi ilə bağlı çətinliklər müzakirə edilir. Buraya bu cür məsələləri geniş şəkildə öyrənən milli agentliklər, QHT-lər və hüquq mütəxəssisləri, xüsusilə də Belçika Bərabər İmkanlar və Rasizmlə Mübarizə Mərkəzi, İnsan Alveri üzrə Hollandiya Milli Məruzəçi Bürosu, o cümlədən BK məhkəmə və vəkilləri tərəfindən ictimaiyyətə açıqlanmış bir sıra praktiki nümunə və məhkəmə işləri daxildir. Sənəd insan alveri qurbanları ilə bağlı cəzasızlıq müddəasının səmərəli şəkildə həyata keçirilməsi istiqamətində praktiki təlimatın təmin edilməsi və siyasət və qanunvericiliklə bağlı tövsiyələrin hazırlanması təklifi ilə yekunlaşır.
Avropada Təhlükəsizlik bə Əməkdaşlıq Təşkilatının (ATƏT) müəllif kimi göstərildiyi hallar istisna olmaqla, sənədlərdə əksini tapan baxışlar, rəylər, nəticələr və digər məlumatlar ATƏT-in mövqeyini əks etdirməyə bilər.