Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə edən beynəlxalq müşahidəçilər cümə axşamı mətbuat konfransı keçirəcəklər
Bakı, 5 fevral 2024-cü il – Beynəlxalq seçki müşahidəçiləri Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərindən sonra əldə etdikləri nəticələri təqdim etmək üçün mətbuat konfransı keçirəcəklər.
Nə:
- Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı beynəlxalq seçki müşahidə missiyasının mətbuat konfransı
- Jurnalistlər mətbuat konfransında şəxsən və ya Zoom vasitəsilə iştirak edə bilərlər (aşağıda ətraflı məlumat verilir)
- Şəxsən iştirak edə bilməyənlər canlı yayımı buradan izləyə bilərlər
Kim:
- Artur Gerasimov, Xüsusi Koordinator və ATƏT-in qısamüddətli müşahidəçilərinin rəhbəri
- Daniela De Ridder, ATƏT PA nümayəndə heyətinin rəhbəri
- Ouen Mörfi, DTİHB seçkiləri müşahidə missiyasının rəhbəri
Nə vaxt:
- 8 fevral 2024-cü il yerli vaxtla saat 15:00 (GMT +4).
Harada:
- Landmark III Rotunda zalı, Xəqani Rüstəmov küçəsi, Bakı şəhəri, Xətai rayonu, 4C
Qeydiyyat:
- Zoom vasitəsilə iştirak etmək üçün 8 fevral yerli vaxtla saat 11:00-ə kimi bu linkdən istifadə edərək qeydiyyatdan keçin.
Beynəlxalq seçki müşahidəsi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) və ATƏT Parlament Assambleyasının (ATƏT PA) birgə missiyasıdır.
Müşahidə missiyası uzunmüddətli və qısamüddətli müşahidəçilərdən ibarət DTİHB-nin 256 ekspertindən və 79 nəfər ATƏT PA-dan olmaqla ümumilikdə 335 müşahidəçidən ibarətdir.
Əlavə məlumat üçün zəhmət olmasa aşağıdakı şəxslərlə əlaqə saxlayın:
Katya Andrusz, DTİHB: +48 609 522 266 və ya katya.andrusz@odihr.pl;
Anzhelika İvanishcheva, ATƏT PA: + 45 60 10 80 30 və ya anzhelika.ivanishcheva@oscepa.dk