Beynəlxalq müşahidəçilərin sözlərinə görə Azərbaycanda keçirilmiş seçkilər fundamental azadlıqlara olan məhdudiyyətlər, bərabər fəaliyyət sahəsinin azlığı və seçki günü yaşanan mühüm problemlərlə müşayiət olunmuşdur
Bakı 10 oktyabr 2013 –- “ Azərbaycanda 9 oktyabrda keçirilmiş seçkilər söz, toplaşma və birləşmə azadlıqlarına olan məhdudiyyətlərlə müşayiət olunmuşdur və nəticədə bu, namizədlərə bərabər fəaliyyət üçün şərait təmin edə bilməmişdir”- bu sözlər beynəlxalq müşahidəçilərin bu gün verilən bəyanatında əks olunmuşdur. Namizədlərin və seçicilərin təhdid edilməsi və məhdudlaşdırıcı media mühiti barəsində davamlı iddialar təşviqat kampaniyasına xələl gətirmişdir.
Bəyanatda qeyd edilən kimi, seçki günü yer alan prosesslərin hər mərhələsində mühüm problemlər müşahidə olunmuşdur və Azərbaycan dövləti tərəfindən onun ATƏT qarşısında şəffaf və demokratik seçkilərə aid götürdüyü öhdəliklərə tam şəkildə əməl etməsi barəsində ciddi çatışmamazlıqların nəzərdən keçirilməsi zəruriyyəti vurğulanmışdır.
“Mən seçkilərin yaxşı səviyyədə təşkil olunması və iştirak edən namizədlərin sayından, həmçinin seçki günü sakit şərayitdən məmnun qaldım” – ATƏT-in qısa müddətli müşahidə missiyasının rəhbəri, xüsusi əlaqələndirici Mishel Voizin demişdir. “ Halbuki, biz bülletenlərin sayılması kimi sahələrdə olan çatışmamazlıqları təəssüflə vurğulamalıyıq və mən, Azərbaycan hakimiyyətinin bu kimi sahələri ATƏT-in tələblərinə uyğunlaşdırmaq üçün cəhd edəcəyinə ümid etmək istərdim”
Seçkidə iştirak etmək üçün 10 namizəd geydiyyata alınmışdır, eyni zaman 4 şəxs MSK-nın qərarına görə etibarlı imzaların lazımı sayını toplaya bilmədiklərinə və sonradan onların məhkəməyə imzaların yoxlanması haqda müraciyətlərinə verilən qərarın zidd olmasına görə geydiyyatdan keçməmişdir. Hakimiyyət seçki kampaniyalarının aparılması məqsədi ilə yalnız 152 yerdə toplaşmaq ücün icazə vermişdir və bununla, müşahidəçilərin fikrincə, vətəndaşların toplaşma hüququna məhdudiyyət qoymuşdur.
Mərkəzi Seçki Kommissiyası ümumilikdə seçkilərə hazırlıqları effektiv şəkildə aparmış və müşahidəçilər və media üçün açıq olan müntəzəm sessiyalar keçirmişdir. Bununla belə, bütün seçki komissiyaların formalaşdırılma düsturu hökümət-yönlü qüvvələrin xeyrinə faktiki çoxluğu təmin edir. Bəyanatda qeyd olunan kimi, müxalifət nümayəndələri seçki idarəçiliyində məxfiliyin çatışmamazlığını ifadə etmişdirlər.
Ümumilikdə, namizədlər kütləvi informasiya vasitələrinə kifayət çıxış imkanı ilə təmin edilməmişdir. Təşviqat kampaniyası ərzində hazırki prezidentin xeyrinə olan acıq görünən qeyri-mutənasib işıqlandırılma digər namizədlərə arasında bərabər şəraitin qıtlığını dərinləşdirmişdir. Müşahidəcilərin fikrincə, həbslər, cinayət üzrə təqiblər, fiziki hücumlar haqda ifadələr və jurnalistlərə edilən təzyiqlərin digər formaları media mühitinə neqativ təsir göstərmişdir.
Bəyanatda deyilir ki, sonuncu düzəlişlərə baxmayaraq, DTİHB-ın əvvəlki tövsiyələrin çoxu qanunda əksini tapmamışdır, buraya seçki kommissiyalarının tərtibatı və namizədlərin qeydiyyatına aid olan əsas bəndlər daxil olmaqla.
“ Mən seçicilərin yüksək aktivliyini dəstəkləyirəm və səslərini vermək istəyən bu qədər insanı görməyimə çox şad oldum” – Doris Barnett, ATƏT-in Parlament Assambleyasının nümayəndə heyyətinin başcısı demişdir. “ Eyni zamanda, hesabatda ciddi problemlər vurğulanmışdır. Mən, hakimiyyətin tərəfimizdən qeyd edilən məsələni tezliklə nəzərə alaraq Azərbaycan vətəndaşlarının demokratik niyyətlərini dəstəkləməyini tələsdirərdim ”
Seçki ilə əlaqədar müraciətlərin baxılması prosesində qərəzsizlik yetərincə gözlənilməmiş və hüquqi müdafiənin səmərəli təşkili üçün ərizəçiyə yetərli zəmanət verilməmişdir, və seçkinin keçirilməsi üçün ayrılmış qısa müddət hüquqi müdafiəyə imkan vermək baxımından yetərli olmamışdır.
“Missiyamızın altı həftə ərzində fəaliyyət göstərməsi faktını nəzərə alaraq, biz seçki proseslərini müşahidə etmişik. Tam reallıq odur ki, bu proses bir çox sahələrdə ATƏT qarşısında götürülmüş öhdəliklərin yerinə yetirilməsi üçün yetərli olmamışdır”, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) seçkiləri müşahidə missiyasının rəhbəri Tana de Zulueta demişdir. “Fundamental toplaşma, birləşmə və ifadə azadlıqları ilə bağlı məhdudiyyətlər, bərabər fəaliyyət sahəsinin olmaması ilə bağlı çatışmazlıqlar və seçki gününə qədər olan müddətdə baş vermiş bir sıra təhdid edilmə ilə bağlı iddialar müşahidəçilərimiz tərəfindən qeydə alınmışdır.”
Müşahidəçilərin bir çoxu seçki günü seçki məntəqələrindəki vəziyyəti mənfi qiymətləndirmişdir. Beləki, açılış, səsvermə və seçki bülletenlərinin sayılması prosedurlarında əhəmiyyətli problemlər müşahidə edilmişdir. Müşahidəçilər 37 məntəqədə seçki qutularına topa bülleten atılmasının aşkar izləri haqda məlumat vermişdirlər. Səslərin hesablanması müşahidə olunan məntəqələrin 58%-də mənfi dəyərləndirilmişdir.
Əlavə məlumat üçün aşağıdakı şəxslərlə əlaqə saxlaya bilərsiniz:
Reberto Montella, ATƏT PA, +994 (0) 55 200 76 08, yaxud + 43 699 104 286 81, roberto@oscepa.dk
Thomas Rymer, ATƏT/DTİHB, +994 055 200 59 76, yaxud + 48 609 522 266, thomas.rymer@odihr.pl