ATƏT DTİHB-in Azərbaycanda keçiriləcək prezident seçkiləri üzrə müşahidə missiyası öz işinə başlayır
BAKI, 29 avqust 2013 – Bü gün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) 9 oktyabr 2013-ci il tarixində Azərbaycanda keçiriləcək prezident seçkilərini izləməyə gələn missiyası öz işinə başlayır.
Azərbaycan Höküməti ölkənin ATƏT-in üzv olkəsi kimi götürdyü öhdəliklərə uyğun olaraq DTİHB-i seçkiləri müşahidə etməyə dəvət etmişdir.
Tana de Zuluetanın rəhbərliyi altında fəaliyyət göstərən missiya Bakıda calışacaq 12 beynəlxalq ekspertdən və ölkənin müxtəlif regionlarına bölüşdürüləcək 30 uzunmüddətli müşahidəçidən ibarətdir. Ekspertlər və müşahidəçilər 22 üzv olkədən cəlb olunmuşdurlar.
Missiya prezident seçkilərinin ATƏT qarşısında götürülən öhdəliklərə və demokratik seçkilər üzrə digər beynəlxalq standartlara, və həmçinin yerli qanunvericiliyə uyğunluğunu qiymətləndirəcək. Müşahidəçilər namizədlərin qeydiyyat prosesini, seçki kampaniyasını, seçki orqanları və müvafiq dövlət qurumlarının işini, seçki qanunvericiliyini və onun icrasını, media mühitini və seçki ilə əlaqədar şikayətlərin baxılmasını yaxından izləyəcəklər.
Bu müddət ərzində missiya müvafiq dövlət qurumları və siyası partiyalar, namizədlər, vətəndaş cəmiyyəti, media və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirəcək. Seçki qünündə missiyanın nümayəndələri seçki məntəqələrinin açılmasını, səsvermə prosesini, səslərin hesablanması və protokollaşdırmasını müşahidə edəcəklər.
İlkin müşahidələr və rəylər üzrə bəyanat seçkidən bir gün sonra veriləcək. Seçkilər prosesinin müşahidəsinin tam nəticələrini özündə əks etdirən yekun hesabat isə seçkinin bitməsindən təxminən iki ay sonra dərc olunacaq.
Əlavə məlumat üçün //www.osce.org/odihr/elections/azerbaijan/104355 səhifəsinə və yaxud (+994) 050 271 9336 nömrəli telefon və ya Elma.Sehalic@odihr.az e-poçt vasitəsilə seçki müşahidə missiyasının Media üzrə analitiki Elma Sehaliça və ya + 48 609 522 266 nömrəli telefon və ya thomas.rymer@odihr.pl e-poçt vasitəsilə DTİHB-in sözcüsü Tomas Raymerə müraciət edin.