Azərbaycanda prezident seçkiləri gözəçarpan irəliləyişlə keçdi, amma bütün seçki öhdəliklərinə cavab vermədi
ATƏT-in Demokratik Təsissatlar və İnsan Hüquqları Bürosu (DTİHB), Avropa Şurasının Parlament Assambleyası (AŞPA) və Avropa Parlamentinin (AP) müşahidəçilərinin bu gün işıq üzü görmüş birgə bəyanatında (əlavə olunur) dünənki prezident seçkilərinin gözəçarpan irəliləyişlə keçdiyi, amma ölkənin üzərinə götürdüyü bütün beynəlxalq öhdəliklərə cavab vermədiyi nəticəsinə gəlinmişdir.
Seçki sakit keçmiş, lakin güclü rəqabətin, mətbuat tərəfindən işıqlandırılan aktiv siyasi şəraitin yoxluğu ilə xarakterizə olunmuş və beləliklə mənalı və pluralist demokratik seçkilərin bütün prinsiplərini özündə əks etdirməmişdir. Təəssüf ki, bəzi müxalifət partiyaları uzun müddət davam edən maneələri əsas tutaraq seçkini boykot etmişdir. Bu, elektorat üçün mənalı seçim etmək miqyasını daha da məhdudlaşdırmışdır.
“Seçkilərin keçirilməsində nəzərəçarpan irəliləyişlər olmuş, ancaq əsas beynəlxalq öhdəliklərin, xüsusi ilə də puralizm, ədalətli təşviqat mühiti və mətubatla bağlı sahələrdə yerinə yetirilməsində əlavə səylərə ehtiyac vardır”, ATƏT/DTİHB Seçki Müşahidə Missiyasının rəhbəri, səfir Boris Frlets demişdir.
“Seçki günü ümumilikdə müsbət dəyərləndirilsə və əhəmiyyətli irəliləyişlərlə qeyd olunsa da, seçki müşahidəsi insan hüquqları, demokratiya və qanunun aliliyi kimi daha geniş meyarlar əsasında aparılmışdır. Bu mənada, Azərbaycanda mətubat azadlığı məsələsi narahatlıq mənbəyi olaraq qalır”, AŞPA nümayəndə heyətinin rəhbəri Andres Herkel demişdir.
“Seçki günü aparılmış müşahidəmiz göstərir ki, seçkilər yaxşı hazırlanmış və sakit keçmişdir. Ancaq əsas müxalifət partiyalarının seçkini boykot etməsi və real seçki kampaniyasının yoxluğu ilə əlaqədar olaraq həqiqi rəqabətin mövcud olmaması dərin təəssüf doğurmalıdır”, AP-nin nümayəndə heyətinin rəhbəri Marie Anne İsler Beguin demişdir.
Baxmayaraq ki, seçki günü, xüsusi ilə səslərin sayılması və hesablanmasının əsas mərhələsində çatışmamazlıqlar müşahidə olunmuş, rəsmilər namizədlər üçün daha yaxşı bərabər şəraitin yaradılmasına çalışmış və seçki ümumilikdə səmərəli şəraitdə keçmişdir. Müşahidəçilər qeyd etmişdir ki, ümumilikdə seçki kampaniyası zəif olmuş, hazırkı prezident kampaniyanı aparmamaq qərarına gəlmiş, digər namizədlər isə aydın şəkildə az ictimai dəstək qazanmışlar. Mərkəzi Seçki Komissiyası seçicilərin ümumi sayından 75 faizinin seçkilərdə iştirak etdiyini bəyan etmişdir.
Beynəlxlaq Seçki Müşahidə Missiyası ATƏT/DTİHB-in 45 uzun müddətli və 340 qısa müddətli müşahidəçisi, o cümlədən AŞPA-nın 31 deputatı və heyət üzvü və AP-nin 10 nümayəndəsi daxil olmaqla 43 ölkədən gəlmiş 440 müşahidəçidən ibarətdir.
Əlavə məlumat üçün:
Jens-Hagen Eschenbächer, OSCE/ODIHR, +995 (8) 95 218 605 or +48 603 683122, jens@odihr.pl
Nathalie Bargellini, PACE, +33 665 40 32 82, nathalie.bargellini@coe.int
Thomas Grunert, EP, +32 49 89 83 369, thomas.grunert@europarl.europa.eu