Resurslar
Dinc toplaşmaq azadlığına dair rəhbər prinsiplər
Bu sənəd ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) ilə Venesiya Komissiyasının ilk dəfə 2007-ci ildə nəşr olunmuş “Dinc toplaşmaq azadlığına dair rəhbər prinsipləri”nin yenidən işlənmiş ikinci nəşridir. “Rəhbər prinsiplər” bir çox fəaliyyət sahələrində çalışanlar, yəni qanunverici orqan nümayəndələri, qanunvericiliyi tətbiq edənlər, habelə qanunvericiliyin tətbiqinin təsirinə məruz qalanlar üçün nəzərdə tutulub. Müxtəlif ölkələrdə şəraitlərin olduqca fərqli olmasını nəzərə alaraq, “Rəhbər prinsiplər” hazır həll yolları təklif etmək üçün deyil, əsas məsələləri aydınlaşdırmaq və onların mümkün həll yollarını müzakirə etmək üçün tərtib olunub
.
Avropada Təhlükəsizlik bə Əməkdaşlıq Təşkilatının (ATƏT) müəllif kimi göstərildiyi hallar istisna olmaqla, sənədlərdə əksini tapan baxışlar, rəylər, nəticələr və digər məlumatlar ATƏT-in mövqeyini əks etdirməyə bilər.