ATƏT-in Bakı ofisi ətraf mühit və təhlükəsizlik məsələlərinə həsr olunmuş vətəndaş cəmiyyəti layihələrinə qrantlar ayırır
BAKI, 22 iyun, 2011-ci il – Bu gün ATƏT-in Bakı Ofisi ətraf mühit və təhlükəsizlik sahəsində fəaliyyət göstərən dörd qeyri-hökumət təşkilatının təşəbbüsünü maliyyələşdirmək məqsədilə kiçik ölçülü qrantlar alacağını elan edib.
ATƏT Ofisi seçilmiş QHT-lərə - Qafqaz Regional Ekoloji Mərkəzinin Azərbaycan Filialı, Ümid Humanitar və Sosial Dayaq Mərkəzi, Səhiyyənin İnkişafına Dəstək Ictimai Birliyi və Xınalıq Turizmin İnkişafına Dəstək İctimai Birliyinə 7,000 Avro ilə 9,000 Avro arasında dəyişən məbləğlərdə qrantlar verəcək.
Həmin vəsaitlə aqrar sahədə fərdi təsərrüfatlarda alternativ enerji mənbələrini; enerjidən səmərəli istifadəni; zərərli tibbi tullantıların idarə olunmasını; və qədim Xınalıq kəndi ətrafındakı yay otlaqlarının monitorinqini təşviq edən layihələr maliyyələşdiriləcək.
Bu qrantlar ATƏT-in Bakı Ofisinin 2009-cu ildən etibarən icra etdiyi Təhlükəsizlik və Ətraf Mühit üzrə Vətəndaş Fəaliyyəti (TƏMVF) proqramının bir hissəsini təşkil edir. Bu il ATƏT Ofisi, BMT-nin İnkişaf Proqramı (BMTİP), Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və EkoSfera İctimai Birliyinin nümayəndələrinin iştirakı ilə qrant üçün müraciət etmiş 57 təşkilat arasından qalibləri seçib.
ATƏT-in Bakı Ofisinin İqtisadiyyat və Ətraf Mühit şöbəsini rəhbəri Yan Olsson deyib: “Enerjinin səmərəliliyi və bərpa olunan enerjinin təşviqinə dair hər iki layihənin məqsədi dayanıqlı enerji ehtiyatlarının inkişafını təşviq etmək məqsədilə ATƏT-in apardığı işə müvafiq olaraq həyata keçirilir.”
BMTİP-nin Baş Proqram Müşaviri Çingiz Məmmədov əlavə edib: “TƏMVF proqramı vətəndaş cəmiyyəti təşkilatlarının ətraf mühitə dair əməkdaşlıq, iştirak və potensialların artırılması ilə daha yaxından məşğul olmaq imkanını yaradıb.”
TƏMVF proqramı Statoil şirkəti və ABŞ Hökuməti tərəfindən maliyyələşdirilir.
Bu proqram Cənubi Qafqaz regionunu üçün Ətraf Mühit və Təhlükəsizlik (ƏMT) təşəbbüsünün bir hissəsidir. Qeyd edək ki, ƏMT, ATƏT, BMTİP, BMT-nin Ətraf mühit Proqramı, BMT-nin Avropa İqtisadi Komissiyası və Mərkəzi və Şərqi Avropa üzrə Regional Ətraf Mühit Mərkəzinin birgə tərəfdaşı, eləcə də NATO-nun assosiativ üzvüdür.