ATƏT Sədrinin Anti-semitizmə qarşı Mübarizə üzrə Şəxsi Nümayəndəsi: Avropada anti-semitizmi tənqid edən daha çox müsəlman səsinə ehtiyac var
ATƏT-in Fəaliyyətdə olan Sədrinin Anti-semitizmə qarşı Mübarizə üzrə Şəxsi Nümayəndəsi Endryu Beyker anti-semizimlə mübarizədə müxtəlif icamaların öz güclərini birləşdirməyinin vacibliyini vurğulayıb.
“Biz yəhudi həmvətəndaşları ilə həmrəy olduqlarını göstərmək istəyən müsəlmanların əl-ələ verərək Oslo və Kopenhagendə sinaqoqları dairəyə alması kimi vacib və simvolik hərəkətlərin şahidi olduq. Fəaliyyətimizi bunun üzərində qurmalıyıq,” Beyker bu sözləri 18-19 May 2015-ci ildə Bakıda keçirilən Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, bu gün bir çox Avropalı yəhudi qitədəki gələcəklərinə şübhə ilə yanaşır. Avropa Birliyinin Fundamental İnsan Hüquqları Agentliyinin yəhudilər arasında keçirdiyi sorğuda, yəhudilərin təxminən 30%-inin miqrasiya etmək barədə düşündüyü və bəzi ölkələrdə, xüsusilə Macarıstan, Fransa və Belçikada bu rəqəmin 40%-dan da çox olması müəyyənləşib.
Yəhudi icmalarının bu ilin əvvəlində Paris və Kopenhagendə baş verən terror hücümları zamanı üzləşdiyi təhlükəni xatırlayan Beyker Fransa Hökumətinin yəhudi məktəblərinin və sinoqlarının müdafiəsini təmin etmək məqsədilə hərbi qüvvəyə müraciət etməsini alqışlayıb. “Lakin biz bilirik ki, bu, problemin yalnız qısa-müddətli həllidir və uzun müddətə təmin edilə bilməz.”
Müsəlman icmalarının bu sahədə oynaya biləcəyi vacib rolu vurğulayan Beyker Avropada yaşayan daha çox müsəlmanı anti-semitizm barədə danışmağa və onu tənqid etmək üçün səslərini ucaltmağa çağırdı.