Resurslar
Azərbaycan məhkəmə sistemində məişət zorakılığı ilə bağlı İşlər
ATƏT-in Bakı Ofisi bu hesabatı məhkəmələrin monitorinqini həyata keçirən işçi qrupun 2013-cü ilin iyul ayından dekabr ayınadək həyata keçirdiyi müşahidələr əsasında hazırlayıb. İşçi qrup yerli qanunvericiliyə və beynəlxalq standartlara əsaslanaraq toplanan məlumatları qiymətləndirib və analiz edib. Ofis monitorinq fəaliyyətini ATƏT-in Demokratik İnstitutlar və İnsan Hüquqları Bürosu (DİİHB) tərəfindən hazırlanan məhkəmə monitorinqinə dair metodologiya əsasında həyata keçirib.
Avropada Təhlükəsizlik bə Əməkdaşlıq Təşkilatının (ATƏT) müəllif kimi göstərildiyi hallar istisna olmaqla, sənədlərdə əksini tapan baxışlar, rəylər, nəticələr və digər məlumatlar ATƏT-in mövqeyini əks etdirməyə bilər.