ATƏT-in Bakı Ofisi ictimai binalarda enerjidən səmərəli istifadə müddəalarının inteqrasiyasını dəstəkləyir
Bakı, 13 dekabr 2013-cü il - İctimai binalarda enerjidən səmərəli istifadə müddəalarının inteqrasiyası üzrə rəhbər təlimatlar ATƏT-in Bakı Ofisi və Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) birgə təşkil etdiyi konfransın əsas mövzusudur.
Tədbirin məqsədi ictimai binalarda enerji səmərəliliyi üzrə müxtəlif strategiyaların inteqrasiyasını təkmilləşdirməyə yönəlmiş metodoloji təlimatı təqdim etməkdir. Tədbirdə qabaqcil milli və beynəlxlaq mütəxəssislər enerji səmərəliliyinə dair praktiki təşəbbüslər proqramını təqdim edəcək və enerji istehlakınının azaldılması sahəsində Azərbaycanın üzləşdiyi çətinlikləri və imkanları müzakirə edəcəklər.
“Enerji səmərəliliyi davamlı enerji siyasətinin əsas tərkib hissələrindən biridir,” ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Koray Tarqay bildirib. “ATƏT-in Bakı Ofisi ölkədə enerji səmərəliliyinin mükəmməl inkişaf səviyyəsinə nail olmaq üçün təşkilati və texniki imkanların inkişaf etdirilməsi istiqamətində Azərbaycanın müvafiq dövlət orqanlarını dəstəkləməyə hazırdır.”
ATƏT-in Bakı Ofisi və SAM Azərbaycanın ictimai binalarında, xüsusilə yeni tikililərdə enerjidən səmərəli istifadə qaydaları planını özündə əks etdirən birgə tədqiqatın nəticələrini təqdim edəcək. Planda rəhbərlər və səhmdarların əsas vəzifələri və bu sahədə mümkün mexanizmlər qeyd olunub. Bu plan həmçinin mövcud tələblərə uyğunluğu təmin etmək üsullarına dair tövsiyyələr verir, eləcə də, binalarda enerjidən minimum istifadənin optimal dəyər səviyyəsi haqqında şərhlər daxil olmaqla, gələcək texniki yardım ehtiyaclarını müəyyən edir.